Romada İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqların beşinci raundu başlayıb
Bu barədə İranın İSNA agentliyi məlumat yayıb.
Danışıqlar Omanın Romadakı diplomatik nümayəndəliyində aparılır.
Agentliyin məlumatına görə, İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff başçılıq edir.
ABŞ və İran Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli üzrə danışıqların dörd raundunu keçiriblər.