patriotnews.az
http://patriotnews.az

İran Prezidenti İlham Əliyevi təbrik edib

Bu gün, 12:45 Baxılıb: 5

İran Prezidenti İlham Əliyevi təbrik edib

İran Prezidenti Məsud Pezeşkian azərbaycanlı həmkarı İlham Əliyevi təbrik edib.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizi və ölkənizin xalqını ürəkdən təbrik edirəm.

Dost və qonşu xalqlarımızın ortaq tarixi, onlar arasındakı qırılmaz bağlar ölkələrimizin münasibətlərinin inkişafı üçün qiymətli sərmayə yaratmışdır.

İran İslam Respublikası əlaqələri ortaq maraqlar çərçivəsində strateji tərəfdaşlıq səviyyəsinə qədər genişləndirmək və yüksəltmək əzmindədir, bu baxımdan nəqliyyat, elektrik enerjisi, təbii qaz ilə bağlı müxtəlif sahələrdə ortaq layihələrin tamamlanması işlərinin sürətləndirilməsinin, ticarət mübadiləsinin həcminin artırılmasının, insanlar arasında təmasların asanlaşdırılmasının önəm kəsb etdiyini vurğulayır.

İran İslam Respublikası ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmaqla regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasında mühüm rol oynaya biləcək kommunikasiya yollarının açılacağına inanır.

Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə səadət və xoş günlər arzulayıram".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031