patriotnews.az
http://patriotnews.az

"Anadolu Ankası - 2025" təlimi başa çatıb

Bu gün, 17:15 Baxılıb: 1

"Anadolu Ankası - 2025" təlimi başa çatıb

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Ankası - 2025" (Anatolian Phoenix - 2025) beynəlxalq axtarış-xilasetmə təlimi uğurla başa çatıb. Beynəlxalq təlimdə keçirilən "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə media nümayəndələri və rəsmi qonaqlar iştirak ediblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iştirakçılara təlimin gedişatı barədə statistik məlumatlar verilib, beynəlxalq axtarış-xilasetmə təliminə həsr olunmuş qısametrajlı videogörüntü təqdim edilib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda beynəlxalq təlimə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar tərəfindən izlənilib.

Sonra Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) "Türk Yıldızları" aviaqrupunun təqdimatında nümunəvi uçuşlar keçirilib.

Tədbirin sonunda iştirakçı heyətlər tərəfindən qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotoları çəkdirilib.

Qardaş ölkədə keçirilən "Anadolu Ankası - 2025" beynəlxalq axtarış-xilasetmə təlimində Azərbaycan HHQ-nin şəxsi heyəti yüksək peşəkarlıq nümayiş etdirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031