patriotnews.az
http://patriotnews.az

Gəncədə “Heydər Əliyev məktəbi”: Gənclər Ulu Öndərin irsini öyrənirlər

Dünən, 19:28 Baxılıb: 32

 

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin zəngin irsinin dərindən öyrənilməsi və gənclər arasında təbliği məqsədilə “Heydər Əliyev məktəbi” adlı layihəyə start verilib. Layihə çərçivəsində Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Tibb Kolleci, Gəncə Regional Kolleci və Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin gənc əməkdaşlarından ibarət 45 nəfər dinləyici qismində iştirak edib.

On seminardan ibarət olan məktəbin ilk seminarı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən “Heydər Əliyev və dövlət quruculuğu” mövzusunda keçirilib. Niyazi Bayramov öz çıxışında Ulu Öndərin dövlət idarəçiliyi sahəsindəki dərin biliklərini, siyasi uzaqgörənliyini və milli maraqlara əsaslanan siyasətini ətraflı şəkildə təhlil edib. O, həmçinin vurğulayıb ki, bu gün Azərbaycanın əldə etdiyi uğurların təməlində məhz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası dayanır.

Daha sonra YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanovun “Heydər Əliyev və YAP” mövzusunda seminarı baş tutub.

Patriot News.az saytının Qərb bölgəsi üzrə müxbiri Fərman Əliyev məlumat verir ki, seminarlarda millət vəkilləri Musa Quliyev, Pərvin Kərimzadə, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov və digər rəsmi şəxslər də çıxış edərək müxtəlif mövzularda fikirlərini bölüşüblər.

Tədbirdə qeyd olunub ki, ictimai-siyasi sabitlik, iqtisadi inkişaf və hərtərəfli tərəqqi məhz Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun nəticəsidir. Yeni Azərbaycan Partiyası isə bu kursa əsaslanaraq ölkənin siyasi həyatında aparıcı rol oynamaqda davam edir.

Layihənin sonunda iştirakçılara diplomlar təqdim olunub.

  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031