patriotnews.az
http://patriotnews.az

Samux Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları qəbul edib

5-12-2024, 16:36 Baxılıb: 3

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri eləcədə yerli icra nümayədənləri və bələdiyyələrin iştirakı ilə növbəti dəfə rayon sakinlərinin fərdi qaydada müraciət və təkliflərini dinləyib. Patriot  News.az-ın bölgə müxbiri xəbər verir ki, qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

Müraciətlər işlə təmin olunma, yol təmiri və digər sahələri əhatə edib.
Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib. 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30