patriotnews.az
http://patriotnews.az

Gəncə şəhər Şəhidlər Xiyabanının tamet daşları yenisi ilə əvəz olunur.

6-12-2024, 16:35 Baxılıb: 3

 

Patriot News.az-ın bölgə müxbiri xəbər verir ki , Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən, Nizami və Kəpəz Bələdiyyələri tərəfindən Şəhidlər Xiyabanının ərazisində olan köhnə tamet daşları yenisi ilə əvəz olunur. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Şəhidlər Xiyabanında görülən işlərlə yerində tanış olub. 

Şəhər rəhbərinə bildirilib ki, ümümi sahəsi 3500 kv.m. olan ərazidə köhnə tamet daşları sökülərək yenisi ilə əvəz olunur. Hazırda 1000 kv.m  sahənin daşları yenilənib, irəlidəki günlərdə isə sözügedən ərazidə işlər tam yekunlaşacaqdır. Bununla yanaşı, xiyabanda mütəmadi olaraq abadlıq işləri həyata keçirilir, məzarların təmizliyi daim diqqətdə saxlanılır. 
Niyazi Bayramov görülən işlərə baxış keçirib, əlaqədar şəxslərə tapşırıq və tövsiyyələrini verib.            

 

@Patriot News.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30