patriotnews.az
http://patriotnews.az

Gəncənin prospektlərində qırmızı kərpic üzlüklər yenilənir

7-12-2024, 13:19 Baxılıb: 7

 

Məlum olduğu kimi, vaxtı ilə Gəncədə aparılan tikinti-quruculuq işləri zamanı şəhərin tarixi simasının qorunması məqsədi ilə fasadlar qızrmızı kərpiclə üzlənmişdi. Vaxt ötdükcə bu kərpic üzlüklər aşınmaya məruz qalmış, müxtəlif yerlərdə çatlar yaranmış, şəhərin bəzi ərazilərində bu üzlüklərin uçması halları baş vermişdi.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı ilə sözügedən kərpic üzlüklərin bərpasına başlanılıb. İşlər hazırda şəhərin Nizami Gəncəvi və Atabəylər prospektlərində aparılır. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmir-tikinti və qəza xidməti şöbəsi tərəfindən qəzalı vəziyyətdə olan kərpic üzlüklər sökülərək, yerinə yeniləri vurulur.

Təmir-bərpa işləri şəhərin ehtiyac olan digər ərazilərində də həyata keçiriləcəkdir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30