patriotnews.az
http://patriotnews.az

Gəncədə bir qrup incəsənət xadimi “Təşəkkürnamə”lərlə təltif olunublar

7-12-2024, 15:14 Baxılıb: 17

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən ümumşəhər tədbirində iştirak edən bir qrup sənət adamlarını “Təşəkkürnamə” ilə təltif edib.

Patriot News.az-ın bölgə müxbiri Fərman Əliyev xəbər verir ki , bununla əlaqədar olaraq, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında toplantı təşkil olunub. Toplantıda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev sənət adamlarını  şəhər rəhbəri Niyazi Bayramovun adından salamlayaraq, onlarla səmimi söhbət edib və sənət yollarında uğurlar arzulayıb.

Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Kəmalə Məmmədova, solist Vasif Bayramlı və digər iştirakçılar çıxış edərək mədəniyyət sahəsinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini  bildiriblər.  

Daha sonra F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının, Gəncə Dövlət Milli Dram Teatrının, Yüksəl Əlizadə adına Akustik Musiqi və İncəsənət Mərkəzinin əməkdaşlarına, o cümlədən “Göygöl” Mahnı və Rəqs Ansamblının, “Xəmsə” Uşaq Rəqs Ansamblının və “Xəmsə” nağara ifaçıları Ansamblının üzvlərinə 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil olunmuş ümumşəhər tədbirində fəal iştiraklarına görə “Təşəkkürnamə”lər təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30