Bir qrup təhsil işçisi ilə görüşü keçirilib.
Patriot News.az-ın bölgə müxbiri xəbər verir ki , Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov 500 baldan yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə daxil olmuş və hal-hazırda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan təhsil işçiləri ilə görüşüb.
Görüşdə direktorların işə qəbulu müsabiqəsi, təhsilin inkişaf aspektləri, müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü işlərin uğurla aparıldığı vurğulanıb.
Görüşün davamında qarşılıqlı əlaqələrin formalaşması istiqamətində fikir mübadiləsi aparılıb və təhsil işçilərinin təklifləri dinlənilib.