patriotnews.az
http://patriotnews.az

Gəncədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb.

12-12-2024, 13:26 Baxılıb: 36

 

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür. Bununla əlaqədar olaraq, Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzi meydanında ucaldılan abisəsi ziyarət olunub. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş Konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və hüquq-mühafizə orqanlarının rəhbərləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, onun əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər. 

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanı və Heydər Əliyev Park-Kompleksində ucaldılan abidələri idarə, müəssisə və təşkilat kollektivləri, həmçinin sakinlər tərəfindən gün ərzində ziyarət olunacaq. 


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930