patriotnews.az
http://patriotnews.az

Putin və Tramp görüşəcək? - Peskov AÇIQLADI

13-01-2025, 17:00 Baxılıb: 12

Putin və Tramp görüşəcək? - Peskov AÇIQLADI

Rusiya prezidenti Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp arasında danışıqlara hazırlıq görülmür. 

Bunu Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı deyib. 

Jurnalistin Moskvanın Putin və Tramp arasında danışıqlar üçün hansı platformalara üstünlük verməsi ilə bağlı sualına cavab olaraq Peskov deyib ki, hər hansı təmaslar barədə danışmaq hələ tezdir.

"Hələlik heç bir hazırlıq yoxdur, bu cür təmasların zəruri və məqsədəuyğun olacağına dair bəyan edilmiş hər hansı bir anlaşma da yoxdur", – Peskov izah edib.

Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş üçün hazırlıqların getdiyini bildirmişdi. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930