Paris Bakıdan ehtiyat edir, səbəb isə... - Fransalı ekspert
"Fransanın xarici siyasəti çox zəifdir. Fransa Aİ-nin prinsiplərinə əməl edir. Aİ isə daim deyir ki, Azərbaycanla ortaq dil tapmağa çalışın. Ermənistan Rusiyanın təsiri altına düşməsin. Biz başa düşməliyik ki, Parisin mövqeyi xeyli zəifləyib, çünki Fransa iqtisadi böhran keçirir. Nəticədə hər yerdə mövqelərindən geri çəkilir".
Bunu fransalı beynəlxalq məsələlər üzrə ekspert Tiqran Yeqanyan Fransa-Azərbaycan müansibətlərini şərh edərkən deyib.
Yeqanyan deyib ki, bu səbəblərdən də Paris-Bakı münasibətlərinin pis olmasına baxmayaraq, Paris çox ehtiyatlı davranır və Bakı ilə diplomatik münasibətləri kəsmək, Azərbaycandakı səfirini geri çağırmaq, Azərbaycanın Fransadakı səfirliyini bağlamaq üçün fəal addımlar atmır.
Ermənistanın gələcəyi və hansı siyasi qüvvənin və ya liderin idarə etməsi ilə bağlı məsələyə gəldikdə Yeqanyan deyib ki, hazırda Ermənistanın siyasi arenasında onu dirçəliş yolu ilə apara biləcək hər hansı qüvvə və ya ayrı-ayrı şəxsləri görmür:
“Erməni elitasının ən ciddi problemi odur ki, onlar Fransaya belə xarici xilasedicilərin gəlməsini gözləyirlər. Amma Fransada Emanuel Makronun Ermənistanı müdafiə etmək üçün “ağ atlı oğlan” rolunda çıxış etməycək. Makron hazırkı vəziyyətdən narazıdır, lakin onun Azərbaycana təzyiq rıçaqları yoxdur”.
O həmçinin qeyd edib ki, bu məsələdə Makron məsuliyyətdən yayınmağa və günahı AB rəhbərliyinə atmağa çalışır. “O, Ermənistan məsələsində təkbaşına hərəkət edə bilməyəcəyini və AB-nin dəstəyinə ehtiyacı olduğunu hər zaman bildirir”, - ekspert qeyd edib.