patriotnews.az
http://patriotnews.az

İsrailli generaldan etiraf: HƏMAS-ı məğlub edə bilmədik

Bu gün, 10:27 Baxılıb: 0

İsrailli generaldan etiraf: HƏMAS-ı məğlub edə bilmədik

"İsrail ordusu HƏMAS-ı məğlub edə bilmədi, Qəzzadakı dağıntılar saxta qələbə təəssüratı yaratdı".

Bunu İsrail ordusunun istefada olan general-mayor Yitzhak Brik “Maariv” qəzetinə müsahibəsində deyib.

"İsrail ordusunun hazırda HƏMAS-ı məğlub etmək gücü yoxdur. Deməli, Qəzzada bütün bu dağıntılar qələbə təəssüratı yaratmaq məqsədi daşıyır. Bu təəssürat siyasi və hərbi liderlərin xalqı çaşdırması ilə gücləndirilir", - Brik deyib. 

İsrail ordusunun HƏMAS-ı məğlub etmək gücündə olmadığını vurğulayan Brik, HƏMAS-ın hərbi gücünün İsrailin bəyan etdiyindən qat-qat az zərər gördüyünü və indi əvvəlki gücünə qayıtdığını bildirib.

Brik həmçinin qeyd edib ki, İsrail ordusunun  HƏMAS-la mübarizə aparmaq və Qəzzada daimi dislokasiya qurmaq üçün kifayət qədər hərbi gücü yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930