patriotnews.az
http://patriotnews.az

Zelenski Moskvanı hədələdi – 9 may paradına görə narahat olsunlar!

Bu gün, 09:40 Baxılıb: 0

Zelenski Moskvanı hədələdi – 9 may paradına görə narahat olsunlar!

Ukrayna prezidenti Vladimir Zelenski mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradı ilə bağlı danışıb.

Zelenski bu barədə Telegram kanalında bildirib.

“Onlar paradlarının şübhə altında olmasından narahatdırlar və narahat olmaqda haqlıdırlar", - Zelenski deyib.

Ukrayna prezidenti bildirib ki, Moskva hərbi əməliyyatların davam etdirilməsindən narahat olmalıdır.

Bundan əvvəl, aprelin 23-də Ali Radanın keçmiş deputatı İqor Lapin bəyan etmişdi ki, Moskvanın Qırmızı Meydanı Qələbə paradı zamanı Ukrayna silahlı qüvvələri üçün “qanuni hədəf”dir.
Onun sözlərinə görə, Ukrayna silahlı qüvvələri çoxlu sayda rus hərbçisinin cəmləşəcəyi Qələbə Paradına hücuma hazırlaşır. “Ukrayna xüsusi xidmət orqanları belə bir zərbənin planlaşdırıldığını gizlətmir və mayın 9-da Moskvaya “Ukrayna hədiyyələri” vəd edir”, - Lapin deyib.

Aprelin 14-də Zelenski “diplomatik güc nümayişi olaraq” yüksək səviyyəli Avropa rəsmilərini mayın 9-da Kiyevə dəvət edib. Ukrayna liderinin təşkil etdiyi tədbir Moskvanın Qırmızı Meydanındakı paradla eyni gündə baş tutacaq. Eyni zamanda, Aİ diplomatiya rəhbəri Kaiya Kallas Rusiya paytaxtına səfər edəcək məmurlar üçün “nəticələr” açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930