patriotnews.az
http://patriotnews.az

"Tbilisi istəyərsə, Rusiya Gürcüstanla münasibətləri normallaşdırmağa hazırdır"

5-12-2024, 09:19 Baxılıb: 3

 

Rusiya Xarici işlər Nazirliyinin sözçüsü Mariya Zaxarova: "Tbilisi istəyərsə, Rusiya Gürcüstanla münasibətləri normallaşdırmağa hazırdır"

"Tbilisi nə dərəcədə münasibətləri normallaşdırmağa hazır olarsa, Rusiya da o qədər buna hazır olacaq.

Gürcüstanla ikitərəfli münasibətlərin normallaşdırılmasının gələcək perspektivlərinə gəlincə, Tbilisi buna hazır olduğu dərəcədə biz də bu yolla getməyə hazırıq.

Gürcüstan Prezidenti Salome Zurabişvilinin fəaliyyətinə hüquqi qiymət respublikanın səlahiyyətli orqanları tərəfindən verilməlidir.      
Qərblilərdən fərqli olaraq, biz ölkələrin daxili işlərinə qarışmırıq. Salome Zurabişviliyə gəlincə, onun prezident kimi səlahiyyətləri bir həftə yarımdan sonra başa çatır. 

Biz hesab edirik ki, onun fəaliyyətinə hüquqi qiymət Gürcüstanın səlahiyyətli orqanları tərəfindən verilməlidir".    

@ Patriot News.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30