patriotnews.az
http://patriotnews.az

Paşinyan saqqalını qırxmasının səbəbini AÇIQLADI

23-11-2024, 09:09 Baxılıb: 16

Paşinyan saqqalını qırxmasının səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan hökumət başçısı vəzifəsinə gəldikdən 6 il sonra qəfildən niyə bığı və saqqalını qırxmasının səbəbini açıqlayıb.

Ermənistan İctimai Televiziyasına müsahibəsində Paşinyan deyib:

“Bunu böyük qızımın ad günü üçün etmək qərarına gəldim. İndi bunu efirdə deyəndən sonra digər qızlarım mənə sual verəcəklər ki, niyə bizim yox, onun ad günündə? Oğlum Aşot bu baxımdan iddialı deyil, əminəm ki, belə bir sual verməyəcək”.

Paşinyan bəyan edib ki, 44 günlük müharibə başlayandan və ondan sonrakı 4 il ərzində o, hər gün özünə ünvanlanan suallarla yatıb və oyanıb.

“Minlərlə dəfə soruşulan suallar olub və mən bu qərarı niyə verdiyimlə bağlı özümü psixoloji və şüuraltı təhlilə məruz qoymaq istəsəm, mənim üçün cavab aydın və birmənalıdır: bu qərarı qəbul edərkən, artıq özümə suallarım yoxdur. Mən qaldırdığım bütün suallara cavab verdim”, - deyə hökumət başçısı bildirdirib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30