Bura Gəncə dəmiryol stansiyası yaxınlığında yerləşən ərazidir
Fiziki imkanları olmayan 1qrup əlil Axundov Yaşar və Həsənzadə Ruslan "Patriot News" . az redaksiyasına müraciət edərək, öz problemlərini danışıblar.
Belə ki, onlar qeyd ediblər ki, şikayətləri "ADY QSC "Gəncə filialının yol təsərrüfatının rəhbərliyinin ünvanınadır.
Şəkildə gördüyünüz ərazidən ,əlil qardaşlarımız elektron arabaları ilə keçid edə bilmirlər.
Cünki bu piyada keçidinin araba ilə keçilməsi üçün, hec bir şərait yoxdur.
Dəmiryol vağzalının ərazisinə daxil olmaq üçün onlar , alternativ yollardan istifadə etməli olurlar, buda onların elektron arabalarının akkumulyatorlarının tez sıradan çıxmasına səbəb olur.
Dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq , bu günə kimi hec bir tədbir görülməyibdir.
"Patriot News" . az olaraq, rəsmən "ADY QSC "sədri Rövşən Rüstəmov cənablarına müraciət edərək, ondan əlillərimiz ücün keçiddə pandusların salınmasını xahiş edirik.
@Patriot News.az