patriotnews.az
http://patriotnews.az

Elektron köçürmələrdə müştəri uyğunluğu tədbirlərinin əhatə dairəsi genişləndirilir

13-01-2025, 11:49 Baxılıb: 15

Elektron köçürmələrdə müştəri uyğunluğu tədbirlərinin əhatə dairəsi genişləndirilir

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2023-cü il 22 fevral tarixli 09/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası”nda dəyişikliklər edilib.

Bu barədə AMB sədri Taleh Kazımov qərar imzalayıb.

Qeyd edilib ki, bu qaydanın müddəaları artıq ödəniş təşkilatları, elektron pul təşkilatları, xarici ödəniş təşkilatlarının yerli filialları, xarici elektron pul təşkilatlarının yerli filialları və poçt rabitəsinin milli operatoru vasitəsilə həyata keçirilən transsərhəd və ölkədaxili elektron köçürmələrinə şamil edilir.

Eyni zamanda vasitəçi maliyyə institutu elektron köçürmə zəncirində onun tərəfindən ötürülməsi zəruri olan məlumatların tam əks olunmadığı elektron köçürmələri müəyyən etmək məqsədilə əməliyyatın icrasına müdaxilə etməyən və əməliyyatın fasiləsizliyini pozmayan tədbirlər görməlidir. Vasitəçi maliyyə institutu onun tərəfindən elektron köçürmə zəncirində ötürülməsi zəruri olan məlumatların tam olmadığı elektron köçürmələrlə bağlı aşağıdakıları ehtiva edən risk əsaslı siyasət və prosedurlara malik olmalıdır:

“Belə elektron köçürmələrin icrasından imtina edilməsi, yaxud icrasının dayandırılması halları; belə elektron köçürmələrə dair risk iştahası səviyyəsinə uyğun olaraq görüləcək növbəti tədbirlər, o cümlədən işgüzar münasibətdə olduğu müvafiq maliyyə institutu ilə işgüzar münasibətlərə yenidən baxılması ilə əlaqədar tədbirlər”.

Digər dəyişikliklərlə link vasitəsi ilə tanış olmaq olar: https://e-qanun.az/framework/58680






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930