patriotnews.az
http://patriotnews.az

Pezeşkian: İran Donald Trampı öldürməyi heç vaxt planlaşdırmayıb

15-01-2025, 09:20 Baxılıb: 0

Pezeşkian: İran Donald Trampı öldürməyi heç vaxt planlaşdırmayıb
İran heç vaxtı ABŞ-nin seçilən Prezidenti Donald Trampı öldürməyi planlaşdırmayıb.
Bunu İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin “NBC News” telekanalına eksklüziv müsahibəsində bildirib.
O, Donald Trampa qarşı sui-qəsdlə bağlı suala cavabında deyib: “Bu, İsrailin və başqa ölkələrin İranafobiyanı təşviq etmək üçün hazırladıqları sxemlərdən daha biridir. İran heç vaxt kimisə öldürməyə cəhd etməyib və planlaşdırmayıb”.
Məsud Pezeşkian ABŞ-nin seçilən prezidentinin həyatına sui-qəsdlə bağlı heç bir cəhd olmayacağına dair söz verməyə hazır olub-olmadıqları ilə bağlı suala cavabında bildirib: “Biz heç vaxt buna cəhd etməmişik və etməyəcəyik”.
Bildirilib ki, bu, ABŞ-də keçirilən prezident seçkisindən sonra Məsud Pezeşkianın xarici mətbuata verdiyi ilk müsahibə idi.
İran KİV-in məlumatına əsasən, prezident bu müsahibədə sensasiyalı açıqlama verib. Ancaq onu hələ yaymayıblar.(Mehr)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930