patriotnews.az
http://patriotnews.az

DYP: Dumanlı hava şəraiti ilə əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşıb

1-02-2025, 12:15 Baxılıb: 22

DYP: Dumanlı hava şəraiti ilə əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşıb

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar gecə və səhər saatlarında yollarda görünüş məsafəsi məhdudlaşıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı xəbərdarlıqda bildirilib.

Bildirilib ki, qatı duman digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin görünməsinə maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin sazlığından əmin olmaq, dayanma, durma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.

"Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdarlar", - məlumatda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30