patriotnews.az
http://patriotnews.az

Zümrüd Yağmur axtarışa verildi

27-11-2024, 12:06 Baxılıb: 1

Zümrüd Yağmur axtarışa verildi

Yazar Zümrüd Yağmur (Abıyeva Zümrüd İsrafil qızı) barəsində axtarış elan edilib.

Bu barədə Abşeron Rayon Məhkəməsi qərar çıxarıb.

Belə ki, yazarın bacısı Sürəyya Ağayeva onun Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib. Abşeron Rayon Məhkəməsi şikayəti icraata qəbul edib və Zümrüd Abıyeva barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Lakin onun ölkəni tərk etdiyi məlum olub.

S.Ağayeva Zümrüd Yağmurun Ankarada olduğunu iddia edib.

Qeyd edək ki, Zümrüd Yağmurun qızının şikayətindən sonra onun xalası Sürəyyanın oğlu Əsgər Ağazadə zorlama ittihamı ilə həbs edilib və 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sürəyya Ağayeva bacısının internet resurslarında onun şərəf və ləyaqətini alçaltdığını bildirib.

Zümrüd Yağmur daha əvvəl keçmiş əri, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı ilə aralarındakı qalmaqallarla da gündəmə gəlmişdi.(Qafqazinfo)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930