Gəncə-Daşkəsən Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə baş vermiş özbaşınalıqlar barədə aparılan araşdırmaların nəticəsi yubadılır
Xəbər verdiyimiz kimi, Gəncə- Daşkəsən Təhsil İdarəsinin tabeliyində olan bir sıra məktəblərdə, Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbində şagirdlərin davamiyyətinə dair araşdırmanın nəticələri bu günə kimi acıqlanmayıbdır.
Bu məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən həmin məktəbdə yoxlamalar həyata keçirilmişdir. Lakin aparılan araşdırmaların və yoxlamaların nəticələri barədə hələ də ictimaiyyətə məlumat verilməyibdir.
Eyni halda Göygöl rayon Əlmədətli kənd tam orta məktəbində baş vermiş hadisə ilə bağlıdır. Məktəb direktorunun vəzifə səlahiyyətlərindən sui istifadə etməsi barədə aparılan yoxlamaların nəticələri barədə Təhsil İdarəsinə ünvanladıgımız sorğumuza bu günə kimi hələ də rəsmi cavab verilməyibdir.
Görünür Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elcin Kərimov baş vermiş hadisələrlə əlaqədar aparılan yoxlamaların nəticəsi barədə qərar qəbul etməkdə çətinlik çəkir .
Lakin inanırıq ki, bu və ya digər məsələlər ilə əlaqədar aparılan yoxlamaların nəticəsi barədə qəbul edilmiş qərarlar yaxın zamanda ictimaiyyətə açıqlanacaqdır.
@ Patriot News.az