patriotnews.az
http://patriotnews.az

Lerikdə qar uçqunu nəticəsində 20-ə yaxın kəndin yolu kəsilib

24-02-2025, 14:35 Baxılıb: 0

Lerikdə qar uçqunu nəticəsində 20-ə yaxın kəndin yolu kəsilib

Lerik rayonunda qar uçqunu olub.

Qarlı-şaxtalı havada yollarda problemlər yaradıb.

Lənkəran-Lerik avtomobil magistralında hazırda problem olmasa da, da ucqar dağ kəndlərinə gedən yolların bəziləri qarla örtülüdür. Rayonun Lerik-Hamarat-Vijaker yolunda qar uçqunları baş verib. Həmin istiqamətdə 20-ə yaxın kəndin yolu kəsilib. Təhlükəsizliyin təmin olunmasından ötrü Lerik DYP əməkdaşları tədbirlər görür.

Lerik fövqəladə hallar komissiyasının sədri Habil Məlikov bildirilib ki, küləkli hava ucqar dağ kəndlərində çətinliklər yaradıb:

"52-saylı Lerik yol istismar idarəsi yolları qardan təmizləyir. Dünənə kimi 50 yaxın kənddə elektrik enerjisi verilişi dayanmışdı. Bu gün artıq işlərin 50 faizi görülüb və günün sonuna kimi rayon tam elektrik enerjisi ilə təmin olunacaq".(Report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30