patriotnews.az
http://patriotnews.az

Trampı qəzəbləndirən xərclər: ABŞ Mozambikdə sünnətə 10 milyon dollar xərcləyib

5-03-2025, 10:31 Baxılıb: 0

Trampı qəzəbləndirən xərclər: ABŞ Mozambikdə sünnətə 10 milyon dollar xərcləyib
 
“ABŞ Moldovada solçu baxışların təbliğatını maliyyələşdirmək üçün 32 milyon dollar ayırıb. Bu bizə lazımdırmı?”.
Bunu ABŞ prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı deyib.
Tramp keçmiş ABŞ administrasiyasının lazımsız xərclərinin ölkəyə ciddi ziyan vurduğunu qeyd edib
ABŞ üçün əlverişsiz olan digər xərclərə diqqət çəkən Tramp, “Mozambikdə kişilərin sünnəti üçün 10 milyon dollar”, “transgender siçanların yaradılması üçün 8 milyon dollar” və “Yaxın Şərqdə “ərəb Sezam küçəsi” üçün 20 milyon dollar” ayırıldığını diqqətə çatdırıb.
Bundan əlavə, Amerika lideri diqqəti ona yönəldib ki, ABŞ-da sosial müavinət alanların hazırkı məlumat bazasında yaşı 150 və hətta 160-a çatan şəxslər də var.
“Sosial təminat məlumat bazasına görə, bizdə guya 150-159 yaş arası 1,3 milyon insan və 160 yaşdan yuxarı 130 mindən çox insan var. Sən demə, ölkəmiz düşündüyümdən daha sağlamdır, Bobbi", - deyə Tramp ABŞ-ın səhiyyə və insan xidmətləri naziri Robert Kennediyə kinayə ilə deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930