patriotnews.az
http://patriotnews.az

Samuxda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.

29-11-2024, 18:14 Baxılıb: 5

 

Samux Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda Sərkar kənd tam orta məktəbdə tədbir keçirilib.

Tədbirdə Samux rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini Qurumlarla işin təşkilatçısı Şəmmədov Emin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Samux rayon üzrə nümayəndəsi Hacıyev Rövşən, müəllim və şagirdlər iştirak ediblər.

Samux rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini Qurumlarla işin təşkilatçısı Şəmmədov Emin çıxışında 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdiyini, bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdığını, onu yumruq kimi sıx birləşdiriyini və  müharibənin gedişatına və taleyinə güclü təsir etdiyini bildirib. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrilib. Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Tezlikdə Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək. Hazırda işğaldan azad edilmiş bütün ərazilər böyük quruculuq və bərpa dövrünü yaşayır, böyük qayıdışa hazırlaşır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Samux rayon üzrə nümayəndəsi Hacıyev Rövşən çıxışı zamanı bildirib ki, uzun illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın öz müxtəlifliyi ilə fərqlənən mədəni və mənəvi irsinə qarşı terror da reallaşdırılıb. Ermənilər qəsb etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini, mədəniyyət abidələrimizi, ziyarətgah və qəbiristanlıqlarımızı, xristian və yəhudi məbədlərini məhv ediblər. Ermənilər Qarabağda tarixən mövcud olmuş qədim alban, müsəlman, pravoslav dini və mədəni irsini yoxa çıxarmaq yönündə məqsədyönlü iş apararaq mədəni-mənəvi irs nümunələrimizi ya məhv edib sıradan çıxarmış, ya da tarixini, mənşəyini saxtalaşdıraraq özününküləşdirib - erməniləşdirib, qriqoryanlaşdırıblar.

Tədbirdə həmçinin şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyərlərə dair fikirlər səsləndirilib. Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Dəmir Yumruq” adlı sənədli filmə baxılıb.            

 

@ Patriot News.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930