patriotnews.az
http://patriotnews.az

Bəzi ali təhsil müəssisələrində 9 ixtisasın proqram akkreditasiyası qəbul edilib

29-11-2024, 18:44 Baxılıb: 4

Bəzi ali təhsil müəssisələrində 9 ixtisasın proqram akkreditasiyası qəbul edilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan İdman Akademiyasının beynəlxalq proqram akkreditasiyası qiymətləndirilməsindən keçmiş ixtisasları üzrə nəticələri Akkreditasiya Şurası tərəfindən tanınıb.

Tu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavriat səviyyəsində “İnşaat mühəndisliyi” və “Nəqliyyat tikintisi mühəndisliyi” ixtisasları, magistratura səviyyəsində “İnşaat mühəndisliyi” ixtisası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavriat səviyyəsində “Operator sənəti”, “Aktyor sənəti” və “Teatrşünaslıq” ixtisasları üzrə aparılmış beynəlxalq proqram akkreditasiya qiymətləndirilməsi nəticələrinin dövlət akkreditasiyası tərəfindən nəzərə alınmasına dair qərar qəbul edilib.

Həmçinin bu sıraya Azərbaycan İdman Akademiyasının bakalavriat səviyyəsində “İdman menecmenti və kommunikasiya” ixtisası, magistratura səviyyəsində “İdman tibbi və reabilitasiya” və “İdman menecmenti” ixtisasları daxil edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30