patriotnews.az
http://patriotnews.az

Məktəblərdə dərslər mayda bitəcək? - RƏSMİ

3-04-2025, 11:16 Baxılıb: 0

Məktəblərdə dərslər mayda bitəcək? - RƏSMİ

"Məktəblərdə tədris ili iyunun 14-də başa çatacaq".

Bu sözləri Axar.az-a açıqlamasında Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən məktəblərdə tədrisin mayda yekunlaşacağı ilə bağlı iddialara cavabda bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti" təsdiq edilib:

"Həmin sənədin 2.3-cü bəndinə əsasən, ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyə­ləri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır. Bu baxımdan, cari tədris ilinin sözügedən sənəddə qeyd olunandan fərqli tarixdə bitməsi məsələsi müzakirə mövzusu deyil".

Qeyd edək ki, sosial şəbəkələrdə ilin isti keçməsi səbəbindən orta məktəblərdə tədrisin 31 mayda başa çatacağı iddiası yayılmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30