patriotnews.az
http://patriotnews.az

Dünyanın ən güclü pasportları - Azərbaycan bu yeri tutdu

3-04-2025, 13:56 Baxılıb: 0

Dünyanın ən güclü pasportları - Azərbaycan bu yeri tutdu

2025-ci ilin "Nomad Passport Index" reytinqi açıqlanıb.

Reytinq dünyadakı 199 ölkənin pasportlarını beş əsas meyara əsaslanaraq qiymətləndirir: səyahət asanlığı, vergi siyasəti, qlobal qəbul, ikili vətəndaşlıq əldə etmə imkanı və şəxsi azadlıqlar.

Hər il yayımlanan bu siyahı insanlar üçün dünya üzərində həyat, iş və istirahət imkanları təqdim edən ölkələri müəyyən edir.

İrlandiya 2025-ci ildə ilk dəfə liderliyə yüksəlib. Ölkə beynəlxalq nüfuzu, biznes üçün əlverişli vergi siyasəti və vətəndaşlıq məsələlərindəki çevikliyi ilə üstünlük qazanıb. Siyahının ilk beşliyinə daxil olan digər ölkələr isə İsveçrə, Yunanıstan, Portuqaliya və Malta olub. 2023-cü ildə lider olan BƏƏ isə yeni vergi siyasətləri səbəbindən onuncu yerə düşüb.

Siyahının ən zəif pasportlarına sahib ölkələr isə Pakistan, İraq, Eritreya, Yəmən və Əfqanıstandır.

Azərbaycan isə Lesoto, Filippin və Belarusla birgə 125-ci yerdəri.

Bu reytinq, pasport sahiblərinin dünya miqyasında hərəkət azadlığını və müxtəlif ölkələrdə yaşamaq, işləmək imkanlarını qiymətləndirir. Reytinqin əsas xüsusiyyətləri, pasportların gücü və etibarlılığına dair əhəmiyyətli məlumatlar təqdim edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30