Moskvada Rusiya, Çin və İran nümayəndələri arasında məsləhətləşmələr keçiriləcək
Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai həftəlik brifinqdə bildirib.
"Bu gün və ya sabah Moskvada növbəti üçtərəfli görüş keçiriləcək. Görüşdə Çin, Rusiya və İran nüvə məsələləri, Birgə Hərtərəfli Fəaliyyət Planı və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə bağlı müxtəlif aspektləri müzakirə edəcəklər", - diplomat qeyd edib.