patriotnews.az
http://patriotnews.az

Milli Məclisin deputatları IV Antalya Diplomatik Forumunda iştirak edəcəklər

9-04-2025, 14:33 Baxılıb: 0

Milli Məclisin deputatları IV Antalya Diplomatik Forumunda iştirak edəcəklər

Milli Məclisin deputatları IV Antalya Diplomatik Forumunda iştirak edəcək.

Bu barədə Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Qeyd edilib ki, foruma Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Nigar Arpadarai, Əziz Ələkbərov, Ramil Həsən qatılacaqlar.

Onlar bu məqsədlə aprelin 10-da Türkiyənin Antalya şəhərinə səfər edəcəklər.

“Bölünən dünyada diplomatiyaya sahib çıxmaq” mövzusuna həsr edilən forumda dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli dövlət qulluqçuları, deputatlar, diplomatlar, beyin mərkəzlərinin ekspertləri, qeyri-hökumət təşkilatlarının və medianın nümayəndələri bir araya gələcəklər.

Tədbirdə qlobal və regional səviyyədə prioritet təşkil edən məsələlərin konstruktiv şəkildə həlli, beynəlxalq sistemi ciddi sınağa məruz qoyan mübahisə və münaqişələrin diplomatiya yolu ilə aradan qaldırılması, dünyada sülhə, firavanlığa və sabitliyə nail olunması yollarının axtarılması barədə müzakirələr aparılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930