patriotnews.az
http://patriotnews.az

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib - YENİLƏNİB

9-04-2025, 18:10 Baxılıb: 0

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib - YENİLƏNİB

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün beşinci iclası keçirilib.

Bu barədə "Report"a Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, iclası komissiyanın sədri Samir Nuriyev açıb:

"Daha sonra komissiyanın katibi Kəmalə İsmayılova daxil olan müraciətlər barədə məlumat verdi.  Keçirilən iclasda təxminən 100-ə yaxın müraciətə baxılıb. Müraciətlər əsasən yol-nəqliyyat hadisələrində məhkum olunmuşların, əcnəbi məhkumların və qadınların olub. Onların müraciətləri müzakirə edilərək qərar çıxarılıb. Əfv Komissiyası iclaslarını davam etdirəcək. Daha sonra komissiya sənədləri ölkə başçısına təqdim edəcək. Əfv məsələləri cənab prezidentin mütəsna səlahiyyətidir. Humanizm və mərhəmət aktıdır. Çox güman ki, may ayından Azərbaycan Prezidentinin növbəti əfv sərəncamını imzalamasının şahidi olacağıq".

Qeyd edək ki, bununla da baxılan müraciətlərin sayı 600-ü keçib.

***

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

"Report" xəbər verir ki, bu il komissiyanın dörd iclası baş tutub və 500-ə yaxın müraciətə baxılıb.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930