Aİ Ukrayna üçün Rusiya aktivlərindən 2,1 milyard avro mənfəət tələb edib
Bu barədə Avropa Komissiyasından məlumat verilib.
“Bu həftə Aİ Rusiya Mərkəzi Bankının qiymətli kağızlar üzrə mərkəzi depozitarlarda saxlanılan immobilizasiya edilmiş aktivlərindən 2,1 milyard avro gözlənilməz mənfəət tələb edib. Bu məbləğ 2024-cü ilin iyulunda təqdim edilən birinci tranşdan sonra bu cür ikinci transfer olacaq. Bu, 2024-cü ilin ikinci yarısında yığılan gəlirləri əhatə edir", - məlumatda bildirilib.