patriotnews.az
http://patriotnews.az

İlham Əliyevdən həmkarına məktub

1-12-2024, 12:30 Baxılıb: 5

İlham Əliyevdən həmkarına məktub

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Verner İohannisi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Rumıniyanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Rumıniyanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız dövlətlərarası əlaqələrimizin dinamik inkişafını şərtləndirən amillərdəndir.

Hazırda bir sıra sahələrdə tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi üçün əlverişli şərait mövcuddur. İnanıram ki, Azərbaycan ilə Rumıniya arasında istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli müstəvilərdə əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
1USD  1.7000
1EUR  1.9277
1GBP  2.2560
100RUB  2.0509
1TRY  0.0444