patriotnews.az
http://patriotnews.az

Gəncədə yəhudilərin Pesax bayramı qeyd olunub 

13-04-2025, 21:19 Baxılıb: 114

 

Gəncədə Yəhudi dini icmasının təşkilatçılığı ilə "Pesax" bayramına həsr olunmuş tədbir keçirilib.

Patriot News.az xəbər verir ki, tədbirdə DQİDK-nin Gəncə-Daşkəsən Regional bölməsinin müdiri Həsən Məmmədov, Yəhudi icmasının sədri Arif Babayev, Aleksandr Nevski adına Rus pravoslav kilsəsinin baş keşişi Varfolomey Sotnikov, şəhid ailələri, müharibə veteranları, Yəhudi dini icmasının üzvləri və müxtəlif din xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər dövlət başçısı tərəfindən ölkədə milli azlıqlara və dini icmalara göstərilən diqqət və qayğıdan bəhs ediblər. Qeyd olunub ki, ölkəmizdə bütün dini konfessiyalar üçün bərabər və sərbəst fəaliyyət şəraiti yaradılıb. 


Qeyd edək ki, Pesax – yəhudi xalqının ən əhəmiyyətli bayramlarından biri sayılır. Əsrlər əvvəl yəhudilərin Misir fironunun zülmündən azad olunmasını simvolizə edən bu bayram İsraildə 7, İsraildən kənarda isə 8 gün davam edir. Bayram günlərində müxtəlif dini ayinlər icra olunur və xüsusi süfrə təşkil edilir. Bayram süfrəsində əsas yer tutan təam – "matsa" (şit fətir) Pesaxın simvolu hesab olunur. Süfrədə həmçinin yeddi növ göyərti və yeddi növ təam yer alır: matsa, haroset (matsayla yeyilən qoz, fındıq və ya xurma qarışığından hazırlanan şirniyyat), soyutma yumurta, soyutma kartof, cırhacı almadan hazırlanan halva, balıq qızartması və kiduş (üzüm şirəsi).

 














Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930