patriotnews.az
http://patriotnews.az

Kamran Əliyev: Müharibə cinayətlərində təqsirləndirilən 16 şəxsin məsuliyyətə cəlb edilməsi mümkün olub

14-04-2025, 10:14 Baxılıb: 0

Kamran Əliyev: Müharibə cinayətlərində təqsirləndirilən 16 şəxsin məsuliyyətə cəlb edilməsi mümkün olub


Bu gün Azərbaycan xalqına və dövlətinə qarşı cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olub.

Bunu Baş prokuror Kamran Əliyev Xankəndidə “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ Respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan dövlətinə və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər törədilib.

Baş prokuror əlavə edib ki, müharibə cinayətlərində təqsirləndirilən 16 şəxs barəsindəki cinayət işləri ibtidai istintaqı yekunlaşdırılaraq aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib və həmin cinayət işi üzrə məhkəmə baxışı keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930