patriotnews.az
http://patriotnews.az

Daşkəsən rayonunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunan növbəti ağacəkmə aksiyaları keçirilib

14-04-2025, 12:13 Baxılıb: 76

 

Patriot News.az xəbər verir ki , Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən rayonun müxtəlif ərazilərində keçirilmiş növbəti ağacəkmə aksiyalarında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, məsul şəxslər, sakinlər, gənc könüllülər və ictimaiyyət fəalları iştirak ediblər.


Ətraf mühitin qorunması, yaşıllıqların artırılması və vətəndaşlarda ekoloji məsuliyyətin gücləndirilməsi məqsədi daşıyan aksiyalar zamanı yerli iqlim şəraitinə uyğun müxtəlif növ meyvə və dekorativ ağaclar əkilərək, aqrotexniki qulluq göstərilib. Həmçinin yaşıllıq sahələrinin qorunması ilə bağlı maarifləndirici söhbətlər aparılıb. 


Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov bildirib ki, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm mərhələdir. Bu çərçivədə reallaşdırılan çoxsaylı silsilə tədbirlər ölkəmizin davamlı inkişafına xidmət göstərir. Ekoloji layihələr də bu prosesin vacib tərkib hissəsidir.    

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930