patriotnews.az
http://patriotnews.az

Daimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarlar təsdiqlənib

Bu gün, 15:34 Baxılıb: 0

Daimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarlar təsdiqlənib

Daimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarlar təsdiqlənib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar pilotsuz uçuş aparatı sistemlərinin (PUAS) əməliyyatları zamanı dövlət təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunması, o cümlədən dövlət, kommersiya, şəxsi və ailə həyatının sirri ilə bağlı yarana biləcək riskləri nəzərə alaraq həyata keçiriləcək əməliyyatlar üçün coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarları müəyyən edir və mülki PUAS istismarçılarına şamil edilir.

Meyarlarla aşağıdakı coğrafi zonalar müəyyən edilib:

- yaşıl coğrafi zonalar – PUAS əməliyyatlarının məhdudiyyətsiz həyata keçirildiyi zonalar;
- sarı coğrafi zonalar – PUAS əməliyyatlarının məhdudiyyətlər tətbiq edilməklə həyata keçirildiyi zonalar;
- qırmızı coğrafi zonalar – PUAS əməliyyatlarının qadağan olunduğu zonalar;
- göy coğrafi zonalar – PUAS-ın eksperimental aviasiya və təlim məşqləri üçün nəzərdə tutulduğu coğrafi zonalar.

Meyarlarla daha ətraflı bu link vasitəsilə tanış olmaq olar. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930