patriotnews.az
http://patriotnews.az

Florida hava limanı bomba təhlükəsindən sonra bağlanıb

Bu gün, 06:41 Baxılıb: 0

Florida hava limanı bomba təhlükəsindən sonra bağlanıb

ABŞ-nin Florida ştatındakı Sent-Pitersberq-Kliruoter Beynəlxalq Hava Limanı bomba təhlükəsi xəbəri yayıldıqdan sonra bağlanıb və sərnişinlər təxliyə edilib.

Bu barədə yerli polisə istinadən "Fox News" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə cümə günü axşam saatlarında baş verib. Qeyd olunur ki, "Allegiant" aviaşirkətinə məxsus təyyarənin sərnişinləri bomba təhlükəsindən sonra təxliyə edilib.

Telekanal Florida ştatının Pinellas qraflığının polis idarəsinə istinadən xəbər verir ki, "Sent-Pit-Kliruoter hava limanında “Allegiant” təyyarəsinin göyərtəsində olan sərnişinlər cümə günü axşam saatlarında polis bomba təhlükəsi ilə bağlı araşdırma apararkən təxliyə edilib.

Hakimiyyət orqanları insident nəticəsində ölən və ya zərərçəkənlər barədə məlumat verməyib. Telekanal hadisənin digər təfərrüatlarını açıqlamır.

Federal Aviasiya Administrasiyası təsdiqləyib ki, “Allegiant” təyyarəsi ilə uçan sərnişinlər təhlükəsizlik təhlükəsi səbəbindən Sent-Pitersberq-Kliruoter hava limanından təhlükəsiz şəkildə eniblər.

Hava limanı yerli polisin araşdırması fonunda bağlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930