patriotnews.az
http://patriotnews.az

Prezident: Çinlə strateji tərəfdaşlıq ŞƏT çətiri altında bir çox imkanlar açır

26-04-2025, 14:11 Baxılıb: 1 121

Prezident: Çinlə strateji tərəfdaşlıq ŞƏT çətiri altında bir çox imkanlar açır

Çinlə strateji tərəfdaşlıq Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) çətiri altında əməkdaşlıq baxımından bir çox imkanlar açır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan çoxtərəfliliyin güclü tərəfdarıdır:

"Əlbəttə, biz Şanxay Əməkdaşlıq Təşkilatına daha yaxın olmaq istəyirik. Prezident Si Cinpin məni Zirvə toplantısına dəvət edib və bir neçə aydan sonra mən yenidən Çinə səfər edəcəyəm".

Azərbaycan liderinin sözlərinə görə, təşkilatla yaxınlıq həm təşkilat, həm də Azərbaycan üçün faydalı olar:

"Çünki biz Xəzərin qərb sahilində yerləşən ölkəyik. Eyni zamanda, Azərbaycan güclü siyasi münasibətlərə və nəqliyyat layihələrinə malik Cənubi Qafqaz ölkəsidir. Çinlə strateji tərəfdaş olmağımız Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında əməkdaşlığımız baxımından bizə bir çox imkanlar açır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30