patriotnews.az
http://patriotnews.az

"Qəhrəmanlıq varislikdir" sənədli filmi təqdim olundu

Dünən, 12:00 Baxılıb: 103

 

Bakı şəhərində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş "Qəhrəmanlıq varislikdir" sənədli filminin təqdimat mərasimi keçirilib.    Patriot News.az xəbər verir ki. filmin rejissoru Qazi Nicat Cəlilovdur. Tədbirdə Respublika "Qarabağ Qaziləri" Birliyinin rəhbərliyi və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra vətənpərvərlik ruhunda musiqi nömrələri təqdim edilib.

"Qəhrəmanlıq varislikdir" sənədli filmi 1990-cı ilin 20 Yanvar hadisələri zamanı SSRİ rəhbərliyi tərəfindən günahsız yerə həbs edilən və Rusiyanın Ulyanovsk şəhərinə aparılan 46 nəfər azərbaycanlının taleyinə həsr olunub. Filmdə alimlərdən, gəmi kapitanlarından, televiziya işçilərindən, dəmiryolçulardan və azadlıq hərəkatının digər fəallarından ibarət məhbusların yaşadığı çətinliklər və onların qəhrəmanlıqla azad olunması təsvir olunub.

Filmin əsas qəhrəmanı Varis Məcidov həmin vaxt Ulyanovsk şəhərində polis olaraq çalışıb. O, altı həmkarı ilə birlikdə böyük təhlükə bahasına 46 soydaşımızın azad edilməsinə nail olub. Varis Məcidov sonralar Birinci Qarabağ müharibəsində də iştirak edərək vətənə sədaqətini bir daha sübut edib.

Tədbirin sonunda filmin əhəmiyyəti vurğulanıb və belə sənədli layihələrin gənc nəsillərə qəhrəmanlıq ənənələrinin ötürülməsində mühüm rol oynadığı qeyd edilib.

@Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930