patriotnews.az
http://patriotnews.az

Milli Xalça Muzeyində ustad dərsi keçirildi

Bu gün, 10:42 Baxılıb: 4

 

Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Milli Xalça Muzeyində şahmat üzrə ikiqat dünya və Avropa çempionu Antoaneta Stefanovanın iştirakı ilə ustad dərsi təşkil olunub.

Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov əsas məqsədin yeniyetmə və gənc şahmatçıların peşəkar idmançı kimi formalaşmasına dəstək vermək olduğunu vurğulayıb.

Ustad dərsində 20 yeniyetmə və gənc şahmatçı iştirak edib. Antoaneta Stefanova şəxsi uğur yolundan, karyerasının önəmli məqamlarından danışıb, şahmatda debüt və digər vəziyyətlərə dair fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası yeniyetmə və gənclərdə idmana marağın artırılması, onların sağlam ruhda yetişdirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif layihə və tədbirlər həyata keçirir.

@Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930