patriotnews.az
http://patriotnews.az

Şağanda drenaj sistemi qurulur, Binə qəsəbəsində yağış suları təmizlənir

Bu gün, 12:38 Baxılıb: 1

 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti intensiv yağıntılar zamanı yaranan subasma hallarının qarşısını almaq məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Əsas məqsəd sukanal idarələrinin iştirakı ilə ərazilərdə yığılan suların çəkilməsi, yağış və kanalizasiya kollektorlarının təmizlənməsi və fəaliyyətdə saxlanılmasıdır.

Patriot News.az xəbər verir ki "Bakı şəhərinin baş planı – 2040" sənədinə uyğun olaraq, şəhərdə yağış drenaj və məişət kanalizasiya sistemlərinin ayrılması, yağış sularının toplanması və təkrar istifadəsi nəzərdə tutulub. Layihə çərçivəsində yağış suları borular vasitəsilə yeraltı anbarlara yönləndirilərək filtrasiya və sterilizasiya prosesindən sonra müxtəlif sahələrdə istifadə ediləcək.

Hazırda Xəzər rayonu, Şağan qəsəbəsi, "Yeni sahə" adlanan ərazidə yağış və qrunt sularının kənarlaşdırılması üçün drenaj sistemi qurulur. Burada diametri 160 mm olan 700 paqonometr təzyiqli xəttin inşası başa çatdırılıb, 785 paqonometr uzunluğunda özüaxımlı kanalizasiya xətti çəkilib. Bu xəttin 400 metr hissəsi 400 mm, 385 metr hissəsi isə 300 mm diametrli borularla inşa olunub, 20 ədəd baxış quyusu quraşdırılıb. Tikinti-quraşdırma işləri davam etdirilir.

Binə qəsəbəsində, "Bakavtomat" zavodu yaxınlığında yerləşən yaşayış massivində də yağışlardan sonra subasma halları müşahidə olunub. Ərazidə yağış suyu və kanalizasiya şəbəkəsi olmadığı üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları operativ tədbirlər görərək iki ədəd lilsovuran maşın vasitəsilə suyun təmizlənməsini həyata keçirirlər.

Xəzər rayon Sukanal İdarəsinin baş mühəndisi Emil Abbasovun sözlərinə görə, Şağan qəsəbəsində dalğıc tipli nasos quraşdırılaraq həyətlərdəki suyun kənarlaşdırılması təmin olunub, Binə qəsəbəsində isə gündəlik olaraq xüsusi texnikalarla su təmizlənməsi işləri aparılır.

Qeyd edək ki, kanalizasiya sistemi olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə layihələndirmə işləri aparılır və tullantı su şəbəkələrinin inşası mərhələli şəkildə həyata keçirilir.

Mənbə: Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930