patriotnews.az
http://patriotnews.az

Qazaxın işğaldan azad olunan kəndlərinin sakinləri Səyyar ASAN xidmətdən yararlanıblar

Bu gün, 19:40 Baxılıb: 0

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi və qətiyyətli addımları nəticəsində Qazax rayonunun 30 ilə yaxın işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycana qaytarılıb.

Patriot News.az xəbər verir ki bu çərçivədə, 28 aprel 2025-ci il tarixində Qazax rayonunda fəaliyyət göstərən Səyyar ASAN xidmət vasitəsilə Aşağı Əskipara və Xeyrımlı kəndlərinin sakinlərinə bir sıra dövlət xidmətləri göstərilib. Hazırda Qazaxbəyli kəndində müvəqqəti məskunlaşan sakinlər şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıblar.

Səyyar xidmət Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib.

Səyyar ASAN xidmətin təşkili dövlət xidmətlərinin vətəndaşlara daha əlçatan, rahat və innovativ üsullarla təqdim olunmasına, həmçinin vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930