patriotnews.az
http://patriotnews.az

Səudiyyə Ərəbistanı Məkkəyə səfərlərlə bağlı məhdudiyyətlər tətbiq edib

Bu gün, 11:47 Baxılıb: 10

Səudiyyə Ərəbistanı Məkkəyə səfərlərlə bağlı məhdudiyyətlər tətbiq edib

Səudiyyə Ərəbistanı 29 aprel tarixindən etibarən həcc dövründə Məkkə və Mədinəyə səfərlər və xüsusi icazə olmadan səfər etmək cəhdləri ilə bağlı tədbirləri sərtləşdirir.

Səudiyyə Ərəbistanı dövlət qurumlarının məlumatına əsasən, qadağa ziyarətin sonuna – iyunun 10-na qədər davam edəcək və yalnız həcc vizası ilə getmək mümkün olacaq.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin məlumatına görə, icazəsiz Həcc ziyarəti edən və ya buna cəhd edən şəxslərə, həmçinin qeyd olunan müddət ərzində Məkkə şəhərinə və müqəddəs yerlərə daxil olmağa və ya orada qalmağa çalışan bütün növ ziyarət vizası sahibləri 20 min rial (5,3 min ABŞ dolları) cərimə ediləcək.

İcazəsiz Həcc ziyarəti edən və ya buna cəhd edən şəxslərə, həmçinin qeyd olunan müddət ərzində Məkkə şəhərinə və müqəddəs yerlərə daxil olmağa və ya orada qalmağa çalışan və ziyarət vizası ilə bağlı müraciət edən hər kəsə 100 min riala (təxminən 26 min ABŞ dolları) qədər cərimə tətbiq ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930