Moskva Zelenskinin 30 günlük atəşkəs təklifinə cavab verdi
Söügüdən təklifə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, bütün nüansları tənzimləmədən bu mümkün deyil.
Aprelin 28-də məlum olub ki, Rusiya prezidenti Vladimir Putin Böyük faşizm üzərində qələbənin 80 illiyi münasibətilə mayın 8-nə keçən gecədən 11-i gecə yarısına qədər atəşkəs elan edib.
Buna cavab olaraq Vladimir Zelenski ən azı 30 gün atəşkəs təklif etdi.
Peskov jurnalistlərə deyib: "Əgər belə uzunmüddətli atəşkəsdən danışırıqsa, o zaman prezident Vladimir Putinin Kremldə danışdığı nüanslar burada vacibdir. Həmin suallara cavab olmadan belə uzunmüddətli atəşkəsə getmək çətindir. Prezident Putin bu barədə danışıb, biz o sözləri hər dəfə xatırlamalıyıq".