patriotnews.az
http://patriotnews.az

Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün ərizə qəbulunun vaxtı uzadılıb

Bu gün, 15:44 Baxılıb: 0

Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün ərizə qəbulunun vaxtı uzadılıb

Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı elan olunan növbəti müsabiqədə iştirak üçün ərizə qəbulunun vaxtı çoxsaylı müraciətlər nəzərə alınaraq, iyunun 1-i saat 23:59-dək uzadılıb.

Namizədlər qeyd olunan tarixədək ərizələrini Nazirliyin rəsmi saytında "Qulluğa qəbul" bölməsində "Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elektron müraciət" adlı hissəyə və ya linkə daxil olmaqla təqdim edə bilərlər.

Müsabiqə üzrə test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd imtahana buraxılış vərəqəsini bu barədə elan verildikdən sonra Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.

Test imtahanının dəqiq vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə öncədən məlumat veriləcək.

Test imtahanından uğur qazanmış namizədlərin digər zəruri sənədləri bu mərhələdən sonra toplanılaraq yoxlanılacaq və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.

Namizədlər əlavə məlumat əldə etmək üçün (012) 538-01-62, 538-08-85 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, müsabiqədə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan vətəndaşları iştirak edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930