patriotnews.az
http://patriotnews.az

Keniya nümayəndəsi “ASAN xidmət”də olub

30-04-2025, 11:30 Baxılıb: 7

 

29 aprel 2025-ci il tarixində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Keniya Respublikasının “SMACHS” Fondunun təsisçisi və baş direktoru Şarlin Ruto ilə görüş keçirib. Görüş Bakıda təşkil olunan “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumuna səfər çərçivəsində baş tutub.

Qonağa “ASAN xidmət” və Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, şəffaflıq və innovasiya sahəsində nailiyyətlər barədə məlumat verilib. Bu günədək 85 milyondan çox müraciətin qeydə alındığı bildirilib. Şarlin Ruto “ASAN xidmət”, səyyar xidmət, ABAD və INNOLAND kimi təşəbbüslərlə tanış olub, bu modeli yüksək qiymətləndirib və Keniyada tətbiqini faydalı hesab edib.

Görüşün sonunda ona “ABAD” tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30