patriotnews.az
http://patriotnews.az

Həkimlərimizi Tanıyaq: Mətanət Paşayeva – Peşəkar Allerqoloq və Uşaqların Sağlamlıq Qoruyucusu

30-04-2025, 12:22 Baxılıb: 100

 

Uşaq sağlamlığının keşiyində duran, uzun illərdir öz peşəsinə sadiq qalan və pasiyentlərinin etimadını qazanan həkimlərdən biri də Mətanət Paşayevadır. “Həkimlərimizi tanıyaq” rubrikası çərçivəsində bu dəfə sizə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq xəstəxanasının Poliklinika şöbəsində çalışan həkim-allerqoloq Mətanət Paşayeva haqqında məlumat təqdim edirik.

Mətanət Nurəddin qızı Paşayeva 8 mart 1961-ci ildə Gəncə şəhərində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra, 1978-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə daxil olub və 1984-cü ildə universiteti uğurla bitirib. Daha sonra, 1984–1985-ci illərdə Uşaq xəstəxanasında internatura kursunu keçərək praktiki bilik və bacarıqlarını təkmilləşdirib.

Peşəsinə böyük məsuliyyət və sevgi ilə yanaşan Mətanət Paşayeva 1986-cı ildən etibarən allerqoloq kimi fəaliyyətə başlayıb. O, ixtisas sahəsi üzrə müxtəlif təkmilləşmə kurslarında iştirak etmiş, yeni tibbi bilikləri tətbiq etməklə daim özünü inkişaf etdirmişdir.

Uzun illik təcrübəsi ilə seçilən həkim-allerqoloq Mətanət Paşayeva həmçinin bir sıra yerli və beynəlxalq elmi-praktik konfransların iştirakçısı olmuş, tibbin bu sahəsində yenilikləri yaxından izləyərək tətbiqinə çalışmışdır.

Hazırda o, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq xəstəxanasının Poliklinika şöbəsində həkim-allerqoloq kimi çalışır və uşaqların sağlamlığı naminə yorulmadan fəaliyyət göstərir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30