patriotnews.az
http://patriotnews.az

Dövlət satınalmalarının vahid internet portalına yeni funksiya əlavə edilib

Bu gün, 15:31 Baxılıb: 0

Dövlət satınalmalarının vahid internet portalına yeni funksiya əlavə edilib

Dövlət satınalmalarının vahid internet portalında (www.etender.gov.az) yeni funksiya istifadəyə verilib.

Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, satınalma proseslərinin şəffaf, vahid standartlara uyğun və tam rəqəmsal şəkildə aparılmasının təmin edilməsi məqsədilə “Elektron şərtlər toplusu” funksionallığı portala əlavə edilib.

Yeni funksiya satınalan təşkilatların nümayəndələrinə şərtlər toplusunu sistemdən kənarda deyil, birbaşa portal vasitəsilə formalaşdırmağa imkan verir. Sözügedən yenilik satınalma metodundan və predmetin növündən asılı olaraq, satınalan təşkilatlar tərəfindən yaradılan şərtlər toplularının qanunvericiliyin tələblərinə uyğun olmasına və nəticədə, texniki səhvlərin minimum səviyyəyə endirilməsinə şərait yaradır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930