patriotnews.az
http://patriotnews.az

Macarıstan və Türkiyə neft və qaz yataqlarının kəşfiyyatı üçün birgə müəssisə yaradır

30-04-2025, 15:52 Baxılıb: 0

Macarıstan və Türkiyə neft və qaz yataqlarının kəşfiyyatı üçün birgə müəssisə yaradır

Macarıstanın MOL və Türkiyənin TPAO şirkətləri Macarıstanda neft və qaz yataqlarında kəşfiyyat işləri aparmaq üçün birgə müəssisə yaradırlar.

Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu gün MOL ilə Türkiyənin dövlət neft şirkəti “Turkish Petroleum” arasında Macarıstanda iki yeni neft və qaz yatağının kəşfiyyatını aparmaq üçün birgə müəssisə yaradılıb. Budapeştə xoş gəlmisiniz, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar", - P.Siyarto yazıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30